SON XƏBƏR

Hüquq müdafiəçisi: "Bu icra başçıları narkotik plantasiyaları salıb"

Dekabr 01
13:00 2022
Azərbaycanda elə rayonlar var ki, icra başçıları narkotik plantasiyaları salıblar. Mən bunu bölgələrdə apardığımız monitorinqlərə, araşdırmalara əsasən deyirəm.

Bu sözləri tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu bu gün keçirilən "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə çıxışı zamanı deyib.
 


O bildirib ki, keçirdiyi monitorinqlərin nəticələrini müvafiq dövlət qurumlarına təqdim edəcək:

"Amma çox maraqlıdır, həmin rayonlarda hüquq-mühafizə orqanları o narkotik plantasiyalarından doğrudanmı xəbərsizdir? DİN nümayəndələri bizimlə regionlara getsinlər, biz onlara o plantasiyaları göstərə bilərik. Quru sərhədlərimiz bağlıdır. Narkotik vasitələri Azərbaycana necə gətirilir?”

Novella Cəfəroğlu xüsusən cənub rayonlarında vəziyyətin həddən artıq ağır olduğunu əlavə edib. //AXAR.AZ//
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook