Hüquq müdafiəçisi "Azəriqaz"dan danışdı: "Qapı-qapı düşüb pul yığmağa ixtiyarları yoxdur"
Aprel 04
11:27
2023
""Azəriqaz”ın Ağsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Zaur Məmmədov Ucar Xidmət Sahəsinin əməkdaşı İlkin Məmmədovu işdən çıxarıb. Biz onu məhkəməyə verməyə hazırlaşırdıq. Məmmədovu işdən çıxarandan sonra yenidən onunla bağlı polisə müraciət etmək heç nəyə sığmır. Bu adamı o dəqiqə narkoman adlandırdılar. 2021-ci ildə Salyan rayonunda da 12 nəfəri işdən çıxarmışdılar ki, guya narkomandırlar. Hansısa özəl klinika gəlib analiz götürmüşdü. Mən isə onlara məsləhət görmüşdüm ki, Bakıya Narkoloji Dispanserə gəlsinlər. Nəticədə kağız aldılar ki, narkotik maddə qəbul etmirlər. İnsan xəstə də ola bilər, içkiyə aludə də. İş yerində bu adam özünü normal aparırsa, vəzifə səlahiyyətlərini yerinə yetirirsə, iş vaxtı ona "narkoman” möhürü vurmaq olmaz. İlkin Məmmədovla bağlı ardıcıl yazmaqda məqsədim onun işdən çıxarılandan sonra polisə verilməsi idi. Məni də polis qolumdan tutub aparsa, təbii ki, müqavimət göstərəcəyəm. Birdən-birə polis gəlib səni sürüyə-sürüyə aparır. İşə "xuliqanlıq” adı verdilər…”
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
O bildirib ki, İlkin Məmmədova İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə ), 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi ), 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə bir ay müddətinə həbs cəzası verilib: "Təbii ki, vəkil bu məsələni Avropa Məhkəməsinə çıxarmağı planlaşdırır. Amma əmək hüquqlarını məhkəmədə müdafiə etmək çətinliyi ortaya çıxıb. İlkinə 1 ay həbs cəzası verdilər. Lakin Əmək Məcəlləsinə görə, işdən azad olunan işçi bununla bağlı 1 ay müddətində məhkəməyə müraciət edə bilər. Bu müddət buraxılıb. Martın 19-da işdən azad etmişdilər, aprelin 20-də müddət bitir. Vəkillərlə, hüquqşünasla danışdım ki, bu itmiş vaxtı necə bərpa etmək olar. Biz də alternativ araşdırma aparmışıq ki, Zaur Məmmədov onun ailəsini təhqir edib, aralarında müəyyən mübahisə düşüb. Peşəkar, sahə üzrə yaxşı mühəndis olmaq başqa şeydir, amma idarəetmə qabiliyyətin yoxdursa, səndən rəhbər çıxmaz. Bu müəssisədə hərə bir ailədən gəlib, hərənin ayrı xarakteri var. Gərək, müəssisəni yaxşı idarə edəsən. İşçini çıxarmaq istəyirsənsə, Əmək Məcəlləsinə əsaslandır, sonra işdən çıxar. İşdən çıxarıb, sonra polisə veribsə, deməli, qərəzlidir, baş mühəndisin hikkəsi soyumayıb. Bilmirəm, kimin qohumudur. Amma idarə rəhbərliyinin birdən-birə keçmiş işçini polisə verməsi çox müəmmalıdır. Sual verən yoxdur ki, siz niyə şikayət edirsiniz, narkomandırsa, qoy ətrafındakı adamlar şikayət etsin. Bu suallara cavab almaq istəyirəm. Hər şey qanunla tənzimlənməlidir. Çalışacağıq ki, itən vaxtı təmin edək. İlkin Məmmədovun həbs müddəti bitəndən sonra işə yenidən qaytarılması üçün məhkəməyə müraciət edəcəyik. Vəkil artıq apellyasiya şikayəti verməyə hazırlaşır”.
M.Qəhrəmanlı deyib ki, "Azəriqaz” abonentlərdən qaz pulunu nağd formada almaqla bağlı məsələyə münasibət bildirməyəcək: "Sosial şəbəkədə yazdıqlarıma həmişə müavinim, həm də təşkilatın hüquqşünası Azər müəllim hüquqi cəhətdən nəzarət edir. "Facebook”da paylaşdığım cədvəldə yığım planı qoyulub, orada planın yerinə yetirilməsi və hər bir nəzarətçinin adı yazılıb. İlkin Məmmədov 67% göstərilib. Bunlar işçinin faizlə iş qabiliyyətini yoxlayırsa, İlkin Məmmədov artıq ayın yarısında 67%-i yerinə yetirib. Hər bir işçi işə götürülərkən əmək müqaviləsi imzalayır. Müqavilədə əlahiddə öhdəliklər yazılır ki, işçi hansı şərtləri yerinə yetirməlidir. Azərbaycanda kommunal xərclərin nağd ödənişi çoxdan yoxdur. İşığa, qaza baxan nəzarətçilər gəlib səndən pul istəyə bilməzlər. Onlar, sadəcə, bildirişlər paylamalıdırlar. Mənə verilən məlumata görə, bunların nəzarətçiləri vətəndaşdan qaz pulunu nağd formada yığırlar. Onların əmək müqavilələrində belə şey yoxdur. Hər bir nəzartəçidən gedib soruşsunlar. Bu, rayonlarda var. Bakıda gəlib sənə bildiriş verirlər. Abonent bir-iki dəfə bildirişə əsasən kommunal xərci ödəməyəndə idarə özü qərar qəbul edir, qəza xidməti gəlib qazı kəsə bilər. Bu, qanunda var, müqavilədə də göstərilib. Belə çıxır ki, nəzarətçiyə səlahiyyətinə aid olmayan, əmək müqaviləsində göstərilməyən işi gördürürlər. Nağd pul yığmaq İnzibati Xətalar Məcəlləsi ilə qadağandır. Əmək Məcəlləsinə görə də, işə götürən işçiyə vəzifə səlahiyyətlərinə aid olmayan işi gördürdüyü üçün cəzalandırılmalıdır. Qapı-qapı düşüb pul yığmağa ixtiyarları yoxdur. Məndə dəqiq məlumat olmasa, qətiyyən bu barədə yazmaram. Bu, mənə yanaşmaz. Barəmdə axmaq sözlər deyirlər, yazırlar, heç vecimə də deyil. Kiminsə trolları ortaya düşür. Nə deyirəmsə, arxasında dayanıram. Bilirəm ki, İctimai Şura üzvlərinin hamısı "Azəriqaz”ın tərəfini tutacaqlar. Bu, bütün qurumlarda belədir. Sən oruc tutub, insanlara iftar süfrəsi verirsən, amma Ramazan ayında bir ailəni başsız qoyursan. Bu, bağışlanası səhv deyil, insafsızlıq, Allahsızlıqdır. Bəs əvvəl görmürdülər ki, İlkin Məmmədov narkomandır, xuliqandır? Rayon yeridir, hamı bir-birini tanıyır. Elin gözü tərəzidir…”

Qlobal.az