SON XƏBƏR

Humanitar atəşkəs nə vaxt başa çatır? (POLİTOLOQ)

Oktyabr 14
13:14 2020
"Moskvada imzalanan birgə bəyanatda vaxt göstərilməyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli Moskvada Azərbaycan, Ermənistan və Rusiya Xarici işlər Nazirlərinin görüşündə imzalanan atəşkəs haqqında sənəddən danışarkən deyib. Politoloq qeyd edib ki, sənəddə atəşkəsin parametrləri haqqında daha sonra əlavə razılığın əldə olunacağı göstərilib:

"Yəqin ki, müddət və digər əlavə detallar da əlavə razılaşmada əksini tapacaq. Hələ ki, belə bir razılaşma ortada olmadığından hər hansı bir müddətdən danışmaq doğru olmaz”.

Qeyd edək ki, oktyabrın 10-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib.

10 saatdan çox davam edən görüşdə tərəflər humanitar atəşkəs haqqında sənəd imzalayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook