SON XƏBƏR

Hulusi Akar Zakir Həsənova başsağlığı verib

Yanvar 12
13:22 2022
Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə Müdafiə Nazirliyin məlumat yayıb.

Bildirilib ki, H. Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H. Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook