Hulusi Akar: "Türkiyə işin dibindədir, həm masada, həm də ərazidədir"
Noyabr 13
01:10
2020
"Türkiyə orda hardadır? Türkiyə işin dibindədir, həm masada, həm də ərazidədir. Orada hər hansı bir "oldu-bitdi”dən söhbət gedə bilməz”.
"Anadolu” Agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: "Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.
H.Akar deyib ki, sabah Rusiyadan geniş bir heyət gələcək.



