SON XƏBƏR

Hulusi Akar: “Atəşkəsə nəzarət üzrə mərkəzdə bir türk və bir rus general olacaq”

Dekabr 23
01:13 2020
"Bizim heyətimiz Azərbaycandadır. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası tamamlandıqdan sonra bizim heyətimiz orada fəaliyyətə başlayacaq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ağdamda yerləşəcək Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzdə bir türk və bir rus general olacaq.

"Bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə çalışıb Dağlıq Qarabağda atəşkəsin davamlı olması üçün zəruri olan hər şeyi edəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb.
 
(APA)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook