HSBC baş qərargahını Londonda saxlayacağını açıqlayıb
Fevral 16
12:39
2016
Böyük Britaniyanın bank nəhəngi HSBC baş qərargahını Londonda saxlayacağını açıqlayıb.
Britaniyanın sərt qaydalarına görə bank baş qərargahını başqa şəhərlərə keçirməyi planlaşdırırdı. Honkonq alternativ olaraq görülürdü. Lakin bu gün bankdan verilən açıqlamada qərargahın Londonda saxlanmasına yekdilliklə qərar verildiyi bildirilib. Müştərilər və səhmdarlar üçün Londonun ən səmərəli şəhər olduğu düşünülür.
HSBC-nin baş qərargahı 1993-cü ildən Londonda yerləşir, lakin gəlirlərinin böyük hissəsini Asiya ölkələri üstünlük təşkil etməklə xaricdən əldə edir.



