Horadizdə müşavirə keçirildi - Fotolar
Dekabr 30
15:58
2015
Horadiz şəhərində Heydər Əliyev Mərkəzində yerli əhəmiyyətli məsələlərin həllində kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş müşavirə keçirilib.
Məlumata görə, müşavirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisə və təşkilatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, vergi ödəyiciləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Alı Alıyev müşavirəni açıb, respublikamızın sosial-iqtisadi inkişafında, əhalinin sosial rifahının yüksəlməsində, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin rolu və iştirakından danışıb. Yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin birgə fəaliyyətlərini əlaqələndirmək, ortaya çıxan problemlərin həllinə kömək göstərmək, ölkədə yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsi məqsədi ilə onların fəaliyyətinin daha gücləndirilməsinin zəruriliyi qeyd olunub.
Bildirib ki, yerliözünüidarəetmə orqanı olan bələdiyyələr kənd və qəsəbələrin sosial həyatında aktiv iştirak etməli, vergilərin yığılması, vergi uçotunun aparılmasını təşkil etməlidirlər.
Alı Alıyev son günlər manatın məzənnəsinin aşağı düşməsi fonunda istehlak bazarında yaranmış vəziyyətə də münasibət bildirib.
Qeyd edib ki, rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verilməməli, bu sahəyə aidiyyəti təşkilatlar nəzarəti gücləndirməlidirlər.
Müşavirədə həmçinin rayonun vergi ödəyicilərinə və aidiyyəti təşkilatlara vergilərin vaxtında və düzgün yığılması, ödənilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib.





