Horadizdə kəsilən 100 illik ağaclarla bağlı prezidentə müraciət edildi – Video
Fevral 25
21:09
2019
Horadız şəhərində yaşı 100-dən çox olan ağacların kəsilməsi ilə bağlı ölkə prezidenti İlham Əliyevə və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət edilib.
N. Hüseynov prezidentə müraciətində əslən Füzuli rayonundan olduğunu qeyd edib: "Bu günlərdə Horadiz şəhərinin mərkəzi küçəsi olan "20 Yanvar” küçəsi boyu 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan Çinarlarının kəsilib yox edildiyini gördüm.
Hörmətli cənab Prezident, bu çinarlar min bir əziyyətlə böyüdülmüş çinarlar olub. Bu çinarlar əkiləndə Horadizdə su olmayıb, kənardan gətiriblər. Bu çinarları 50-70-ci illərdə Horadizdə sovet sədri işləmiş babam İbrahim Hüseynov əkib. Onları rəhmətlik babam öz əli ilə, vedrələrdə su daşıyaraq böyütmüşdü.
Cənab prezident, Size müraciət etməkdə məqsədim bu çinarları kəsənlərin qanun qarşısında cavab vermələri üçün göstəriş verməyinizdir. Bildirmək istəyirəm ki, bu çinarlar tam sağlam çinarlar idi və heç nəyə bir maneçiliyi yox idi.
Cənab Prezident, əminəm ki, siz də atanız Heydər Əliyev kimi ağacları xüsusi məqsədlər üçün kəsilməsinə göstəriş vermiş şəxsləri cəzalandıracaqsınız!
Əvvəlcədən sizə öz adımdan və bütün Hüseynovlar ailəsi adından təşəkkür edirəm”.
Qeyd edək ki, məsələ ilə bağlı Füzuli rayon icra hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama yaymayıb.
Qlobal.Az