Hollandiyanın gəmiqayırma şirkəti Azərbaycandan təklif gözləyir
Mart 15
10:31
2016
Hollandiyanın dənizin dibini dərinlətmə texnikası istehsalı ilə məşğul olan "IHC Merwede" şirkəti Xəzər hövzəsi ölkələrindən, eləcə də Azərbaycandan sifarişlər alınması mümkünlüyünü nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Hollandiyadakı ticarət təmsilçisi Aleksandr Çerevko məlumat verib.
Şirkətin Rusiya üçün bu il 8 texniki donanma gəmisi hazırlayacağını bildirən A.Çerevko, "ICH Merwede"nin eyni zamanda Xəzər hövzəsinin dənizin neft şelfinin işlənməsində iştirak edən ölkələri - İran, Azərbaycan və Qazaxıstandan da sifarişlər alınması mümkünlüyünü nəzərdən keçirir.
Qlobal.az