SON XƏBƏR

Hollandiya: türk vəkil bu fotosuna görə işdən çıxarıldı

May 01
16:05 2018
Hollandiyada FETÖ ilə mübarizə aparan və təşkilatın məktəblərində oxuyan 459 uşağı xilas edən vəkil Şükran İncə prezident Rəcəb Tayyib Ərdoğan ilə fotosu olduğuna görə işindən çıxarılıb.
 
Avropa.info xəbər verir ki, Hollandiya dövlətində işləyən vəkil Şükran İncə FETÖ-nün məktəblərində oxuyan şagirdlərin qeydiyyatını başqa məktəblərə keçirdiyinə görə işdən azad olunub. 15 iyul çevriliş cəhdindən sonra qurulan Türk Ailələrinə Yardım Komissiyasının sədri olan İncə 459 şagirdin FETÖ məktəblərindən çıxarılmasına yardım edib.
 
FETÖ-nün Hollandiyadakı mətbuat orqanları türk ailələrə dəstək verən İncənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkilmiş fotosunu yayımlayaraq hədəf göstərilib. Mətbuat yazılarından sonra İncənin aylarla FETÖ tərəfindən telefon və sosial şəbəkə üzrə təhdid edildiyi, FETÖ-nün məktəbləri isə İncə haqqında polisə şikayət etdiyi bildirilir. Hollandiya FETÖ-cülərin şikayəti əsasında vəkil İncənin əmək fəaliyyətinə son verilib.
 
"Volkskrant” qəzetinin 3 iyul 2016-cı ildə dərc olunan "Gülən məktəblərinin boşaldılmasının arxasındakı səbəb bu vəkildir” başlıqlı xəbərdə "Hollandiyada Gülən məktəblərinin boşaldılmasına səbəb olan Ankaranın uzun qolunun səbəbi kimi görünür. Buna səbəb olan şəxs Ərdoğanın etibar etdiyi vəkil Şükran İncə Gülən məktəblərinə qarşı "qara piar” kampaniyası apararaq ailələrin məktəblərdən çıxması üçün təzyiq mühiti formalaşdırdı” ifadələri işlədilib.
 
Qəzetin 15 sentyabr 2016-cı ildə gedən xəbərində isə bu ifadələr işlədilib:
 
"Şükran İncə Hollandiyadakı türkləri gülənçilərə qarşı provakasiya edir. Ərdoğan pərəstişkarlığı ilə tanınan hüquqşünas "Təhlükəsiz şəkildə məktəblərə” adı altında yaratdığı komissiyalar vasitəsilə məktəblərdən çıxacaq şagirdlərin siyahısını hazırlayıb, başqa məktəbləri keçməsinə şərait yaratdı”.
 
"Genn Stijl”in 3 sentyabr 2017-ci il tarixdə çıxan "Bu qadın Ərdoğanın Hollandiyadakı uzun qolu” başlıqlı məqaləsində deyilir:
 
"Ərdoğanın ölüm mələyi olan Şükran İncənin Gülən məktəblərinə böyük zərər vurub. Maraqlı olan Şükran İncənin bu məktəblərdə uşağının olmamasıdır. Özü AKP seçkilərində namizədliyə namizəd idi. Qurduğu komissiyalarla Gülən hərəkatını təhqir edərək onları vətən xaini elan etdi”.
 
"Zaman Vandaag Hollandiya məktəblərində nifrətə səbəb olan Ərdoğan lobbiçisi başlıqlı məqaləsində "Ərdoğanın lobbiçiliyini edən Şükran İncə Gülən məktəblərində müəllimləri və ailələri təhdid edərək məktəbdən çıxmalarına səbəb olub” ifadələri işlədilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook