Hollandiya İsrailin iki nazirini “arzuolunmaz şəxs” elan edib

İyul 29
10:55
2025
Hollandiya hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotrixi "arzuolunmaz şəxs” (persona non grata) elan edərək, onlara krallığa girişi qadağan edib.
Sənəddə qeyd olunur ki, Smotriç və Ben-Qvir Fələstin əhalisinə qarşı zorakılığın qızışdırılmasına dəfələrlə töhfə veriblər, İordan çayının qərb sahilində yəhudi məskənlərinin genişləndirilməsini daim müdafiə ediblər və Qəzza zolağında etnik təmizləmə aparmağa çağırıblar.