Hökumətin hesabatı Milli Məclisə daxil olub

Mart 06
11:43
2025
Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.
"Report”un əldə etdiyi məlumata görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.
Qeyd edək ki, hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabenetinin fəaliyyəti yer alır.
Hesabatın gələn həftə ərzində keçiriləcək qanunverici orqanın plenar iclasında təqdim edilməsi nəzərdə tutulub.