SON XƏBƏR

Hökumət üzvləri 3 il gizli dinlənilib - KQB cinayətkar dəstəni yaxaladı

Oktyabr 29
17:51 2015
Belarus Dövlət Təhlükəsizlik Komitəsi keçirdiyi xüsusi əməliyyat nəticəsində hökumət orqanları nümayəndələrinin telefon danışıqlarını dinləyən cinayətkar dəstənin qanunsuz fəaliyyətini ifşa edib.
 
Bu barədə Belarus KQB-si məlumat yayıb. Əməliyyat nəticəsində cinayətkar dəstənin təşkilatçıları yaxalanıblar. Səksəndən çox axtarış həyata keçirilib və qeyri-qanuni xidmətin 500-ə yaxın sifarişçisi müəyyən edilib. Saxlanılanlar haqda həbs qətimkan tədbiri seçilib. Xüsusi-xidmət orqanının məlumatına görə, qanunsuz fəaliyyət 2 mindən çox Belarus vətəndaşına qarşı aparılıb. Üç il ərzində cinayətkar qrupun üzvləri otaqların, telefon danışıqlarının dinlənilməsi, elektron poçtun, Skype, Viber, WhatsApp sosial şəbəkə akkauntlarının dağıdılması kimi qanunsuz fəaliyyətlər həyata keçiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook