SON XƏBƏR

Hökumət Qubad İbadoğlunun təkliflərindən istifadə edəcək

Fevral 17
14:45 2016
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) iqtisadi islahatlarla bağlı hökumətə verdiyi təkliflərə baxılıb.
 
Modern.az xəbər verir ki, bu barədə ADR sədri Qubad İbadoğlu məlumat verib. O deyib ki, hakimiyyət ADR-in təkliflərindən istifadə etməyi qərara alıb. "Hakimiyyət ADR-in təkliflərindən istifadə edəcək.
 
Bu barədə Prezident Adminstrasiyasından daxil olan məktubda bildirilib. Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınının 2 həftə bundan əvvəl təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nə baxılması barədə müraciətə 10 favral 2016-cı il tarixli cavab məktubu göndərib.
 
Məktubda deyilir: Azərbaycan Demokratiya və Rifah Hərəkatı” İctimai Birliyi tərəfindən hazırlanmış "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi” adlı sənəd layihəsinə tərəfimizdən baxlmışdır. Bildiririk ki, göndərilən layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqa aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaqdır. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk»,-deyə Qubad İbadoğlu bildirib.
 
Hazırda ABŞ-ın nüfuzlu Duke Universitetində iqtisadiyyat üzrə professoru vəzifəsində çalışan Qubad İbadoğlu qeyd edib ki, mütəxəssis kimi başlıca məqsədi həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranın pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə töhfələrini verməkdən ibarətdir.
 
"Azərbaycanlı kimi istəyim dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və onun zəifləməsindən kənar qüvvələrin istifadə etməsinə yol verməməkdir. Elə bu məqsədlə də bir qrup xarici və Hərəkatımızın üzvü olan yerli mütəxəssislərlə müzakirə aparıb, "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nı hazırladıq və kömək məqəsdi ilə onu Azərbaycanın mövcud hakimiyyət orqanlarına təqdim etdik”.
 
Qubad İbadoğlu prezidentin iqtisadi islahatalara məsul olan köməkçisinə sənədə baxılmasına və məqsədəmüvafiq hesab edilən təkliflərin nəzərə alınacağına dair cavabına görə təşəkkürünü bildiririb: "Hesab edirəm ki, bu, hazırkı həssas dövrdə iqtisadi islahatlara olan inamın yaradılması baxımından da önəmlidir. Eyni zamanda, ümid edirəm ki, təqdim etdiyimiz Paketdəki təkliflərin reallaşdırılması istiqamətində müzakirələr və əməkdaşlıq davam edəcək. Bir daha bəyan etmək istəyirəm ki, ADR Hərəkatı öz mütəxəssisləri ilə birlikdə Azərbaycan cəmiyyətinin maraqları nəzərə alınmaqla hökumətin bütün sferalarda həyata keçirəcəyi islahatlara, konkret olaraq "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nın tətbiqinə bundan sonra da dəstək verməyə hazırdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook