Hökumət 119 yaşlı qadının təqaüdünü kəsdi: “çoxdan ölməli idi” – VİDEO
Dekabr 13
02:02
2016
İraq hökuməti 119 yaşındakı qadının təqaüdünün kəsilməsi barədə qərar verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Süleymaniyyə vilayətində yaşayan qadınla bağlı verilən qərarın səbəbi Səlma Abdülkadirin "çox yaşlı” olmasıdır.
Qadın müvafiq qurumlara lazımı sənədləri də təqdim edib. Bu sənədlərdəki məlumatlarda onun 119 yaşında olduğu göstərilib. Ancaq dövlət onun yaşına inanmayıb və "çoxdan ölməli olduğunu” bildirərək təqaüdün verilməsini dayandırıb.