Hind dələduzları öz yerlilərini Kanada əvəzinə... Azərbaycana göndərdilər - FOTO
May 06
09:03
2019
Hind polisi Xaryan ştatında Qudiyani kəndinin 62 yaşlı sakini hansısa Siyaramı həbs edib. O və onun oğlu fırıldaqçı hərəkətlərdə, hansılarda ki, Azərbaycanın da adı hallanır, ittiham edilirlər,
İndi polis, əsas təqsirkar və cinayət şəbəkəsinin təşkilatçısı hesab etdiyi Siyaramın oğlunu axtarır.
Əhvalat 2018-ci ilin iyun ayında, Sanjiv və Siyaramın Singhin şirniyyat mağazasına gələrək, söhbət əsnasında insanları yaşamaq üçün Kanadaya göndərməklə məşğul olduqlarını bəyan etmələrindən sonra başlayıb.
İşbazlar bunların müvəqqəti çətinlik olduğunu və tezliklə Vişalın Bakıdan Kanadaya uçacağını bildiriblər. Ancaq səfər təxirə salınıb. Nab Singh oğlunun qalmasını və Azərbaycan vizasının uzadılmasını ödəmək üçün ona pul göndərməkdə davam edib.
Hüquq-mühafizə orqanları Siyaramı həbs edib, amma əsas günahkar onun oğlu hesab olunur. İndi polis həmçinin onu araşdırır ki, ata-öğulun əməllərindən daha neçə insan zərər çəkib və bu sxemdə Azərbaycandan nə dərəcədə tez-tez istifadə olunub.
Virtualaz.org bildirir ki, bu barədə yerli dainikbhaskar.com nəşri məlumat yayıb.
Siyaram Sanjiv adlı oğlu ilə birlikdə, oğlunu Kanadaya göndərmək üçün həmkəndlisi Nab Singhdən 840 min rupi (20 min manatdan çox) pul alıb. Ancaq ödənişli xidmət yerinə yetirilməyib. Bundan başqa, Singhin oğlu uzun müddət Azərbaycanda... qalmalı olub.
Əhvalat 2018-ci ilin iyun ayında, Sanjiv və Siyaramın Singhin şirniyyat mağazasına gələrək, söhbət əsnasında insanları yaşamaq üçün Kanadaya göndərməklə məşğul olduqlarını bəyan etmələrindən sonra başlayıb.
Kimsə Şimali Amerikaya keçmək istəsə, bizə xəbər edin. Əgər getmək istəyənlər yaxınlarınız olsa, biz endirim edəcəyik ", - deyə Sanjiv söz də verib.
Edilən təklifə şirniklənən Nab Singh ailəsi ilə məsləhətləşdikdən sonra oğlu Vişalı Kanadaya göndərməyə qərar verib. Səfərin təşkilatçıları qeyd ediblər ki, Vişal Kanadaya uçmazdan əvvəl 15-20 gün mütləq Azərbaycanda qalmalıdır. Guya prosedur belədir. Tərəflər bir-birinin əlini sıxıb, razılaşıblar və Singh fırıldaqçılara 840 min rupi ödəyib.
19 iyun 2018-ci ildə Vişal Jaipur şəhərindən Bakıya uçub. Onun sözlərinə görə, Azərbaycana uçarkən onun yer və yeməklə təmin olunacağına söz verilibmiş. Amma Nab Singhin oğlu Bakıya gəldikdən sonra küçədə qalıb. Singh oğluna əlavə pul göndərməyə məcbur olub.
Bildirilir ki, Vişal Bakıda qalarkən onun saxlanmasına xeyli vəsait xərclənib.
Hindistan nəşri yazır ki, Vişal altı aydan artıq Azərbaycanda tələdə qalıb və yalnız ondan sonra Hindistana qayıtmağa müvəffəq olub.
Nəhayət, aydın olub ki, Vişal heç bir Kanadaya getməyəcək. Belə olanda Nab Singh fırıldaqçılardan pulunu qaytarmalarını tələb edib, dələduzlar isə əvəzində onu təhdid etməyə başlayıblar. Bu, Sinhgin səbir kasasını daşırıb və o, bu il martın başlanğıcında polisə ərizə verib.