"Hilton Baku"dakı qiymətlər turistləri şoka saldı (FOTO)

İyul 29
18:12
2025
"Hilton Baku” hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Paylaşılan ödəniş qəbzindən aydın olur ki, qonaqlar bir burger üçün 42 manat, 0.75 litr qazlı və qazsız "Sirab” üçün 11 manat, bir nəfərlik sezar salatı üçün 34 manat, kartof qızartmasının 1 nəfərlik porsiyası üçün 12 manat, 1 porsiya qarışıq kabab setinə 85 manat ödəyiblər.
Müştərilərin ümumi hesabı 1229 manat, servis xidməti isə 5 faiz hesablanıb. Ümumilikdə ödənilən məbləğ 1290 manat olub.
Qlobal.az Musavat.com-a istinadən xəbər verir ki, turistlər özləri də ödədikləri 1290 manatlıq hesaba görə təəccübləniblər.
Müştərilərin ümumi hesabı 1229 manat, servis xidməti isə 5 faiz hesablanıb. Ümumilikdə ödənilən məbləğ 1290 manat olub.
