SON XƏBƏR

Hikmət Hacıyev Belarus səfirini qəbul edib

Yanvar 24
12:06 2025
Belarusun Azərbaycandakı səfiri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

"Report” xəbər verir ki, bu barədə Belarus diplomatik xidmətinin sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.

A.Ravkov Azərbaycandakı diplomatik missiyasının başa çatması münasibətilə H.Hacıyevlə görüşüb.

Qeyd edək ki, yanvarın 14-də Belarus Prezidenti Aleksandr Lukaşenko Dmitri Pineviçi Azərbaycana yeni səfir təyin edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook