Hikmət Hacıyev: “Azərbaycan bölgədə yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır”
Dekabr 18
01:15
2021
Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbul təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinə daim diqqətlə yanaşıldığını və geridə qoymaqda olduğumuz il ərazində ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın dünya dövlətləri ilə həmrəylik nümayiş etdirərək, COVID-19 qarşı qlobal mübarizədə öz töhfəsini verdiyini və bu gün beynəlxalq təşkilatlarda cərəyan edən proseslərin post-COVID dövründə siyasi və iqtisadi baxımından daha ədalətli dünya düzəninin qurulmasının zəruri etdiyini vurğulayıb. Hikmət Hacıyev çıxışında qlobal miqyasda üzləşdiyimiz hədə və təhdidlərin universal regional və beynəlxalq təşkilatların çevikliyinin artırılmasının və yeni reallığa uyğunlaşdırılmasının daha da zəruriliyinin şərtləndirdiyini bildirib.



