Hikmət Babaoğlu: “AXCP-dəki dəyişikliklərin heç bir əhəmiyyəti yoxdur” AÇIQLAMA
Dekabr 19
09:02
2015
"Ümumiyyətlə tükənmiş insanların harada hansı postu tutmasının Azərbaycan siyasi həyatı üçün heç bir əhəmiyyəti yoxdur”. Bunu SİA-ya "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Gültəkin Hacıbəylinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müavini olmaq postuna iddiasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, olmayan bir təşkilatda hansı adla, statusla təmsil olunmaq Azərbaycan siyasi sistemi üçün heç bir şey ifadə etmir: "Çox təəssüf ki, bu cür dönüklük, həddindən artıq siyasi dəyərlərdən kənar durmaq Azərbaycan siyasi mədəniyyətinə heç bir şey qazandırmır əksinə siyasəti gözdən salır. Ona görə də xaricdən maliyyələşən və özünü siyasi təşkilat adlandıran bu marginal, radikal qrupda nəyin və necə baş verməsi Azərbaycan siyasi həyatı üçün əsla maraqlı deyil. Məhz buna görə də AXCP-də hansısa dəyişikliyin, kimin hansısa postu tutmasının heç bir



