İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdiAprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
Qlobal.az xəbər verir ki, əvvəlcə Gürcüstan..
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurduİran Silahlı Qüvvələri ölkə ərazisində baş vermiş insidentlə bağlı yeni açıqlama yayıb.
"AzPolitika" "Tasnim” agentliyinə istinadən xəbər verir ki,rəsmi məlumata görə, qəzaya uğrayan "F-15E..
"Fənərbaxça" "Beşiktaş"ı məğlub edibTürkiyə Super Liqasında XXVIII tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.
"Fənərbaxça" "Beşiktaş"ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz keçib.
İkin..
Vüsal Nəsirli onu özünə müşavir təyin etdiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
"AzPolitika" "Unikal”a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr ..
Ermənistan Azərbaycana folqa ixrac edə bilərAzərbaycan Ermənistandan alüminium folqa idxalına xüsusi maraq göstərib.
Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Azərbaycan tər..
ABŞ Qasım Süleymaninin qardaşı qızı və onun övladını həbs edibABŞ öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızını həbs edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə,..
Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlu mətbuat üçün video müraciət paylaşıb. Onun müraciəti Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova ilə bağlıdır. Belə ki, Akif İbrahimov video müraciətində iddia edir ki, kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə isə 900 manat pul verib. İndi isə direktor Hicran Əyyubova bunu boynuna almır. Akif İbrahimov müraciətində onu da bildirir ki, aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova əlavə olaraq, Hicran Əyyubovaya çatacaq qızıl üzük, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verib. İndi direktor bunları danır, Şəhriyar Quliyevin diplomunu almasına kömək etmir. Vəziyyəti belə görən Xatirə Uğuzova DİN-nin 102 çağrı mərkəzinə müraciət edib. Olunan şikayətdən ehtiyatlanan Hicran Əyyubova tələbənin anasına zəng çalaraq, Şəhriyar Quliyevə diplom veriləcəyini bildirib, qarşılığında şikayətini geri götürməsini xahiş edib.
Faktinfo.az saytına səsləndirilən iddialarla bağlı Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova ilə əlaqə saxlayıb. Xatirə Uğuzova Akif İbrahimovun səsləndirdiyi iddiaların yalan olmadığını, özünün DİN-nin 102 çağrı mərkəzinə şikayət etdiyini, yayılmış video müraciətin isə onun iradəsindən kənar baş tutduğunu qeyd edib.
Məlum iddialara Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova da münasibət bildirib. Direktor Xatirə Uğuzova adlı xanımı tanımadığını, üzük, pul, hədiyyə aldığına dair səsləndirilən iddiaların yalan olduğunu, şərə, böhtana tuş gəldiyini qeyd edib. Məsələni hüquq-mühafizə orqanının araşdırdığını, tələbə Şəhriyar Quliyevə gəlincə, onun təhsil haqqı borcunun olduğunu, istehsalat təcürbəsinə buraxılmadığını, tələbənin qayıb limitini keçdiyini, fənn kreditini tamamlamadığını və s. səbəblərdən də adının diplom alacaq tələbələrin siyahısında yer almayacağını vurğulayıb.
Onu da qeyd edək ki,Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlunun paylaşdığı video müraciət bir sıra saytlarda və Tik-Tok sosial şəbəkəsində paylaşılıb.