Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? – Açıqlama
May 17
00:22
2022
Müəllimlərin müsahibə mərhələsində hicablı və hamilə olduqları əsas gətirilərək, imtahandan kəsilmələri iddia edilib.
Buna səbəb kimi isə hamilə müəllimin başqa birinin yerini tutması göstərilib.
Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müddətli əsaslarla işləyən müəllimlərin müddətsiz əmək müqavilə əsasında işə qəbulu zamanı keçirilən müsahibələrdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır:
"Müsahibəyə çağırılan namizədlərə əvvəlcədən elan olunmuş mövzulardan biri seçilir. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır. Müsahibədə uğur qazanmamış namizədlərə apellyasiya müraciəti etmək imkanı yaradılır”.
"Apellyasiya müsahibəsində namizəd uğur qazanmadıqda müddətli əsaslarla həmin müəssisədə tədris ilinin sonunadək çalışır”, – deyə qeyd edilib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov saytımıza açıqlamasında bildirib ki, müəllimləri, müsahibə mərhələsində hicablı və hamilə olmaları əsas gətirilərək, imtahandan kəsmək düzgün deyil: