SON XƏBƏR

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir

Noyabr 25
10:46 2015
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir.
 
Hər bir azərbaycanlının taleyində ulu öndər Heydər Əliyev dühasının bir zərrəsi var.
 
Qlobalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər dünən Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş "dəyirmi masa”da səsləndirilib.
 
"Dəyirmi masa”da çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin metodisti Hüseyn Hüseynov, Rüdəkənar kənd tam orta məktəbinin müəllimi Ramazan Şükürov və gənclərin nümayəndələri böyük rəhbərin xalq və Vətən qarşısında xidmətlərini yüksək dəyərləndiriblər.
 
Qeyd edilib ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə nail olub.
 
Məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində müstəqil Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook