Heydər Əliyev Sarayı uşaqları konsert proqramı ilə sevindirəcək
Fevral 11
19:16
2016
Fevralın 21-də Heydər Əliyev Sarayında "Hər biriniz bir çiçək” adlı uşaqlar üçün konsert proqramı təşkil ediləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, musiqili-əyləncəli konsert proqramında uşaqları "Aysel”, "Zirvə”, "İstedad”, "Azəri inciləri” və "Renessans” kollektivlərinin iştirakı ilə rəngarəng rəqslər, çıxışlar gözləyir.
Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.



