Heydər Əliyev adına NEZ-in katalitik riforminq qurğusu təmirdən sonra istismara verilib
Fevral 12
10:38
2016
Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) 3 nömrəli istehsalat sahəsinin katalitik riforminq qurğusu təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurğunun hidrotəmizləmə bölməsinin istidəyişdiricisində olan nasazlığın, platforminq bölməsindəki reaktorun mərkəzi borusunda və səbətlərdə tutulmaların aradan qaldırılması məqsədilə aparılan təmir işlərinə zavodun 13 nömrəli təmir-quraşdırma sahəsinin müxtəlif təyinatlı briqadaları, eləcə də istehsalat sahəsinin texniki heyəti cəlb olunub. Bundan əlavə, qurğunun bir neçə su buxarı xətti təmir edilib, platforminq bölməsindəki sobada torkret-beton işləri yerinə yetirilib, sobanın üst hissəsində metal təbəqələr dəyişdirilib, qurğunun bəzi bölmələrində aparatlar açılaraq təmizlənib. Fevralın əvvəlindən başlanılan təmir işləri uzadılmış iş rejimində aparılaraq, qısa müddətdə keyfiyyətlə yerinə yetirilib.
Qlobal.az