SON XƏBƏR

Heydər Əliyev adına liseydə direktor Sevinc Orucovadan ŞİKAYƏT (VİDEO)

Yanvar 09
23:44 2018
Heydər Əliyev adına liseydə ingilis dili fənnini tədris edən Sevinc Məhərrəmovanın hüquqları lisey rəhbərliyi tərəfindən kobud surətdə pozulmaqdadır. 

Gununsesi.info xəbər verir ki, S.Məhrrəmovanın hüquqlarının pozulması müəllim həmkarı Natəvan Daşdəmirovanın işdən çıxarılması ilə bağlı tərtib edilən akta imza atmaması ilə bağlıdır.


S.Məhərrəmova deyib ki, N.Daşdəmirovanın işdən çıxmasına imza atmadıqdan sonra məktəb rəhbərliyi, şəxsən lisey direktoru Sevinc Orucova tərəfindən hüquqları pozulmağa başlayıb. "İlk olaraq dərs saatım 6 saat, daha sonra isə 4 saat azaldıldı. Əgər əvvəl 300 manat alırdımsa, indi dərs saatlarının azaldılması nəticəsində 95 manat alıram. Səbəbini soruşduqda isə bunun Natəvan Daşdəmirovanı müdafiə etməyimlə bağlı olduğunu bildirdilər”- deyə, S. Məhərrəmova qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook