Həsən Ruhani teraktlara görə Avropaya səfərini təxirə saldı
Noyabr 14
14:50
2015
İran prezidenti Həsən Ruhani Parisdə ötən gecə törədilmiş dəhşətli terror aktlarına görə Fransa və İtaliyaya rəsmi səfərini təxirə salıb. Musavat.com-un məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, avropalı tərəfdaşlarla anlaşma əsasında səfər başqa münasib vaxta keçirilib.
İran prezidenti həmçinin, öz fransalı həmkarına başsağlığı verib. Öz növbəsində Zərif Parisdəki terror hücumunu pisləyib və terrorizm və ekstremizmlə mübarizə üçün beynəlxalq əməkdaşlığın vacib olduğunu qeyd edib.
Terror aktları ilə bağlı Fransada fövqəladə vəziyyət elan edilib.



