Hesablama Palatası kotirovka sorğusu keçirir
Yanvar 09
14:01
2016
Azərbaycan Hesablama Palatası kompüter və ofis texnikasına texniki xidmətlərin satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edib.
"Report" Hesablama Palatasına istinadən xəbər verir ki, kotirovka təklifləri yanvarın 15-i saat 16:00-a qədər qəbul ediləcək.
Əlavə məlumat almaq üçün 493-32-11 (daxili - 169) nömrəli telefonlarla müraciət etmək olar.