“Hərtərəfli iqtisadi gücə malik dövlət kimi formalaşmaqdayıq” - Aydəm İsmayılov
Fevral 05
00:46
2019
Prezident İlham Əliyev regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinin qarşısına Dövlət proqramından irəli gələn tələblərin həyata keçirilməsi öhdəliyi qoyulub.
Bəs, qarşıdakı 5 ildə Proqramda konkret olaraq hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub?
Fəlsəfə elmləri doktoru Aydəm İsmayılovun bu sual ətrafında "Hürriyyət”ə verdiyi müsahibəni təqdim edirik.
- Aydəm bəy, sözsüz ki, hər hansı Dövlət Proqramı insanlarımızın yaşayış şərtlərinin müəyyənləşdirilməsində müstəsna rol oynayır. Xüsusilə, beşillik proqramlar cəmiyyətimiz tərəfindən maraqla qarşılanır. Ən azı ona görə ki, növbəti 5 ildə ölkədə aparılan iqtisadi siyasətin xarakteri məhz bu proqramlarda öz əksini tapır və işgüzar insanlarımız öz fəaliyyətini bu prinsip əsasında qururlar. Siz 4-cü 5-illik proqramdan nə gözləyirsiniz?
- Əvvəla, ondan başlayım ki, Cənab İlham Əliyevin hakimiyyətə gəldikdən sonra adına regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramları dediyimiz beşillik layihələr əsasında öz işini qurması təqdirəlayiq hadisədir. Bu, ilk növbədə ondan xəbər verir ki, Cənab Prezident dövlət quruculuğuna, cəmiyyətimizin idarə olunmasına və inkişafına səthi yanaşmır, müəyyən dövrləri əhatə edən və bir-birinin davamı olan quruculuq siyasəti həyata keçirir. Əslində İlham Əliyevin indiyədək hakimiyyət sükanını əlində saxlaya bilməsinin sirri də bu kamilliyində gizlidir. Bir çox təsadüfi siyasətçilərdən fərqli olaraq, mərhum ümummilli liderimiz Heydər Əliyevin ocağında yetişmiş Cənab Prezident bu uzaqgörən siyasətilə Azərbaycanı iqtisadiyyatı darmadağın olunmuş ölkədən regionun liderinə çevirə bilmişdir.
2004-cü ildən etibarən həyata keçirilən beşillik proqramlara nəzər salanda bu layihələrin eyni hədəfə istiqamətləndiyini görə bilərik. Sovet hakimiyyətindən sonra ölkəmiz mənfur qonşumuz ilə müharibəyə girdiyindən müstəqilliymizin ilk illəri özümüzü müdafiəyə və stabilliyi təmin etməyə yönəldiyindən ölkənin iqtisadi quruculuğuna 2000-ci illərdən sonra diqqət ayrıldı. Bu müddətə qədər isə Azərbaycan özünün maddi-iqtisadi bazasını təbii sərvətlərimizin istismarı üzərində qurmağa çalışmış və mərhum Heydər Əliyevin dühası bu layihənin uğurla həyata keçirilməsinə şərait yaratmışdır. Onun qarşıya qoyduğu yüksən rifah səviyyəsinə malik dövlət quruculuğu proqramını həyata keçirmək missiyası isə Cənab Prezident İlham Əliyevə nəsib oldu. 2003-cü ilin sonlarında ilk dəfə prezident seçilən indiki ölkə başçımızın ilk işi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları hazırlamaqdı. Son 15 ilin iqtisadi göstəricilərinə nəzər salanda İlham Əliyevin qarşıya qoyduğu hədəfləri böyük ölçüdə həyata keçirdiyini görə bilərik. Bu müddət ərzində ölkəmizin ümumi daxili məhsulu 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb. Hazırda valyuta ehtiyatımız 45 milyard dollardır. Nəzərə alsaq ki, bu müddət ərzində iqtisadiyyatımızın infrastrukturunun qurulmasına və bunun üzərində böyük layihələr həyata keçirilməsinə 100 milyardlarla dollar pul xərclənib və əlavə 45 milyard dollarlıq vəsait fors-major hallardan sığorta yastığı kimi Dövlət Neft Fondunda saxlanılır, Cənab İlham Əliyevin son 15 il ərzində apardığı siyasəti uğurlu və incə düşünülmüş proqramlar adlandırmaq olar.
- İndiyədək həyata keçirilən 3 beşillik proqramında hansı hədəflər qarşıya qoyulmuşdu və bu layihələrin bir-birindən fərqi nə idi?
- Bayaq da dediyim kimi, bu proqramlar əslində bir-birinin davamıdır və belə də olmalıdır. Çünki SSRİ dağıldıqdan sonra biz böyük bir imperiyanın ən ucqar xarabalığı üzərində dövlət qurmuşuq. Bir növ hər şeyi sıfırdan inşa etməyə başlamışıq. Nə sovetlərdən qalan köhnə texnikalar, nə müasir standartlara cavab verən mütəxəssislərimiz var idi. Hər şey sökülüb yenidən qurulmalı və savadlı kadrlarla ölkəmiz inkişaf etdirilməli idi. Bundan əvvəl isə infrastruktur layihələr həyata keçirilməli, regionları paytaxta və dünyaya bağlayan yeni yollar salınmalı, ölkənin bütün bölgələri qaz və elektirik enerjisiylə təchiz edilməli idi. Xatırlayırsınızsa, müstəqiliyimizin ilk illərində əhalimiz hətta mütəmadi elektrik enerjisi belə, ala bilmirdi. Sözsüz ki, ilk beşillik proqramlarda birinci növbədə infrastruktur layihələrin həyata keçirilməsi, ən modern xarici ali məktəblərdə yeni kadrların yetişdirilməsi, vətəndaşlarımızın sosial-rifah vəziyyətinin yaxşılaşdırılması kimi tədirlər prioritet təşkil edirdi. Yeri gəlmişkən, qeyd edək ki, təməlləri Heydər Əliyev tərəfindən qoyulan bu modernləşdirmə siyasətinin hazırda davam etdirməsində I Vitse-prezident Mehriban xanım Əliyevanın da müstəsna rolu var və bunu unutmaq naşükürlük olardı. Heydər Əliyev Fondunun rəhbəri kimi, Mehriban xanım gənc kadrların xaricdə təhsil almasının qayğısına qalmaqla yanaşı, onların dövlət strukturlarında işə cəlb olunmasında əvəzsiz xidmətlər göstərmiş və göstərməkdədir. Mehriban xanımın fəaiyyəti yalnız bununla qalmamış, xüsusilə sosial problemlərə ayırdığı diqqət onu ölkəmizin çətin vəiyyətdə yaşayan insanlarının üz tutduğu əsas ünvana çevirmişdir.
İstər mərhum Heydər Əliyevin, istərsə də Cənab İlham Əliyevin hakimiyyətinin ilk illərində ölkəmizin qarşısında dayanan ən mühüm problemlərdən biri də qaçqın və məcburi köçkünlər idi. Ölkəmizin 20 faizi işğal olunması nəticəsində öz yurd-yuvalarından didərgin salınmış insanlarımızın taleyi yalnız Allahın ümidinə buraxıla bilməzdi. Qaçqın və köçkünlərin yaşayış və iş yerləriylə təmin olunması, övladlarının təhsili, rifah hallarının yaxşılaşdırılması üçün maddi yardımların verilməsi ciddi maliyyə tələb edirdi. Bütün bu sosial tədbirlərlə yanaşı, Azərbaycan hakimiyyəti həm də gələcək iqtisadi proyektlərin həyata keçirilməsi məqsədilə ciddi inkişaf planları hazırlamışdı. 2004-2008-ci illərin sosial-iqtisadi inkişafına dair statistik rəqəmlər ilk beşillik proqramın uğurla həyata keçirildiyini təsdiqləyir. Məlumata görə, ilk beşillikdə Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi ilk beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur. Bu inkişafın təsirləri əhalinin iqtisadi vəziyyətində də özünü büruzə vermişdir. Təsadüfi deyil ki, 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artmışdır.
Bu illərdə qeyri-neft sektoru mühüm inkişaf mərhələsi keşsə də, ilk beşillik proqram əsasən neft strategiyası üzərində qurulmuşdur. 2006-cı ilin yayında istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri müasir inkişafımızın əsasını qoymuşdur. Azərbaycan hakimiyyəti məhz neft gəlirlərindən istifadə edərək sonrakı illərdə iqtisadi layihələrini həyata keçirə bilmişdir.
İkinci beşillik proqramda qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələrin davam etdirilməsi və ölkəmizin xarici dövlətlərdə tanıdılması ilə yadda qalmışdır. 2011-ci ildə qeyri-neft sektorunda 10%-lik inkişaf Azərbaycan hakimiyyətinin yalnız təbii sərvətlərini sataraq həyatını sürdürmək istəmədiyindən xəbər verir. Bizim öz təbii sərvətlərindən asılı olan ölkə kimi qalmamağımız hökumətimizin 15 illik siyasətinin prioritet məsələlərindən biri olub və 2011-ci ildə qeyri-neft sektorundakı inkişaf da bunu təsdiqləyir. Statistik məlumata görə, təkcə 2012-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollardan çox investisiya qoyulmuşdur ki, bunun da 13 milyardı daxili maliyyə gücümüz hesabına olmuşdur. Həmin 5-illikdə sənaye müəssisələrimizin əsası qoyulmuşdur. Bildirildiyinə görə, 2009-2013-cü illərdə bölgələrdə 500-dən artıq müəssisə yaradılmışdır ki, bu gün bir çox uğurumuz həmin müəssisələrin sayəsində ərsəyə gəlir. İqtisadiyyatımızın infrastukturunun yaxşılaşdırılması üçün çəkilən bir çox yollar, salınan körpülər məhz həmin dövrə düşür. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2012-ci ilə qədər müxtəlif iş adamlarına güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilmişdir. Regionlarda həyat səviyyəsinin yaxşılaşdırılması və insanlarımızın sağlamlığı üçün 400-dən artır səhiyyə ocaqları yaradılmışdır.
İkinci beşillik həm də ölkəmizin dünyaya daha yaxından tanıdılması ilə yadda qalmışdır. İstər turizmin inkişafı, istərsə də gənclərimizin daha sağlam həyatının təbliği baxımından olduqca mühüm addım olan beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi bu beşilliyin əsas prioritetlərindən olmuşdur. Bu işdə də Cənab Prezidentimizlə bərabər xanım Mehriban Əliyevin xidmətləri danılmazdır. Təsadüfi deyil ki, 2009-cu ildə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilməsi 2-ci beşillikdə bu istiqamətdə atılmış ilk addımlardan biri idi. 2010-cu ildə Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı və Gənclər arasında boks üzrə dünya çempionatı keçirildi. 2011-ci ildə Bakı olimpiya idman növü olan Cüdo üzrə ən nüfuzlu World Masters" beynəlxalq turnirinə ev sahibliyi etdi. Həmin il Boks üzrə XVI Dünya Çempionatının Azərbaycanda keçirilməsi ölkəmizi həm dünya idman çevrələrində, həm də dünyada tanıtdırdı. 2012-ci ildə Evrovizyon-Bakı müsabiqəsi ilə 3-ci beşilliyi tamamladıq və ölkəmiz dünyaya bəşəri mədəniyyətə xüsusi diqqət ayıran ölkə kimi təqdim olundu. Bu isə həm də erməni lobbilərinin "qara piar” kampaniyalarına verilmiş ən gözəl cavab idi.
3-cü beşillik dünyada neft böhranının yarandığı dövrlərə təsadüf edir. Açığını desək, iqtisadi səbəblərdən daha çox, geopolitik ziddiyyətlər ucbatından dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycandan da yan keçmədi. İki dəfə ağır devalivasiya yaşamağımıza baxmayaraq, ölkəmiz bu illərdə də iqtisadi inkişafını davam etdirə bildi.
3-cü beşillikdə əsas diqqətin qeyri-neft sektoruna yönəldiyini görə bilərik. Azərbaycanda kənd təsərrüfatının və tektsil sənayesinin inkişafı bu beşilliyin əsas prioritet məsələsi oldu. Statistik məlumatlara nəzər salsaq, görə bilərik ki, İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində məhz bu illərdə aqrar sektorun inkişafında mühüm addımlar atıldı. Xüsusilə pambıqçılıq, üzümçülük, baramaçılıq və s. kimi sahələr ciddi inkişaf yolu keçdi. Bütün bunlar, sözsüz ki, aqro-innovativ tədbirlər sayəsində baş tutdu. Aqro-innovasiya siyasətinin nəticəsidir ki, təkcə ötən il respublikamıza 10 min texnika gətirilib. Taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular və digər xüsusi texnikalar sayəsində Azərbaycanın kənd təsərrüfatında məhsuldarlıq artmış, yeni iş yerləri açılmışdır. 3-cü beşillikdə görülən işlər barədə uzun-uzadı danışmaq istəmirəm. Sadəcə onu vurğulamaq kifayət edər ki, bu aqro-innotiv tədbirlər sayəsində 17 aropark yaradılıb. Bu aqroparkların sayının yaxın gələcəkdə 51-ə yüksəldilməsi nəzərdə tutulub.
3-cü beşilliyin prioritetlərindən biri də sənaye gücümüzün artırılmasıdır. Bu siyasət çərçivəsində Mingəçevirdə və Sumqayıtda böyük sənaye parkları yaradılıb. Azərbaycan artıq tarladan fabrik və zavoda, fabrik və zavoddan istehlaka qədər bütün iqtisadi potensialını öz gücü hesabına yaradacaq. Bu da bizi idxalçıdan ixrac edən ölkəyə çevirəcək. Sevindiricidir ki, bu gün kənd təsərrüfatı məhsullarının istehsalı üçün tələb olunan gübrələri belə özümüz istehsal etmək əzmindəyik. Sumqayıt Sənaye Parkında istehsal olunan bu gübrələrlə yetişdirilən pambıq Mingəçevir Sənaye Parkında ipə, sapa, parçaya və geyimə çevrilib alıcılara təqdim ediləcək. Yəni ölkəmiz hərtərəfli iqtisadi gücə malik dövlət kimi formalaşmaqdadır və bu, böyük ölçüdə həyata keçirilib.
- Bəs, 4-cü beşillikdə nə nəzərdə tutulur?
- 4-cü beşillik də özündən əvvəlki beşilliklərin məntiqi davamı olacaq. Bu Dövlət Proqramında sənayemizin və aqrar sektorumuzun inkişafının tamamlanması nəzərdə tutulur. Ümumiyyətlə, ölkəmizin kompleks şəkildə inkişafı Cənab İlham Əliyevin başlıca məqsədlərindən biri olmuşdur və indi də bu istiqamətdə işlər aparılır. Zənnimcə, 2023-cü ilə qədər inkişaf xəttini nəzərdə tutan cari beşillikdə aqrar sektorda məhsuldarlığın artırılması və sənayenin inkişafı başa çatdırılacaq.
Görülməli işlərdən biri də meliorativ tədbirlərdir. Bildiyimiz kimi, Azərbaycanın su və torpaq ehtiyatı o qədər də ürəkaçan deyil. Sovet hakimiyyəti illərində xüsusi aqro-proqramların həyata keçirilməməsi və ekoloji standartlara cavab verməyən neft istehsalı münbit torpaqlarımızın şoranlaşmasına səbəb olmuşdur. Ölkə başçısı hakimiyyətinin ilk illərindən etibarən, kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət ayırmış, atdığı ilk addımlardan biri də su anbarlarının yaradılması olmuşdur. Son 15 illik siyasətə nəzər salanda bu müddət ərzində 4 su anbarının istifadəyə verildiyini görə bilərik - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Ümumi tutumu 470 milyon kubmetr olan bu su anbarlarından yalnız Göytəpə Cəlilabad rayonunda yerləşir. Digərləri isə şimal rayonlarının payına düşür. Hesab edirəm ki, Azərbaycan 4-cü beşillikdə ölkəmizin digər regionlarında da analoji su anbarları yaradacaq. Aqrar sektorun inkişafı və torpaqlarımızın münitləşdirilməsi üçün bu, çox vacibdir.
Görüləcək digər işlərdən biri də sənaye və aqrar parkların yaradılmasının başa çatdırılmasıdır. Ölkəmizin kompleks inkişafının tamamlanması son beşilliyin prioritet məsələlərindən olacaq.

Qlobal.Az