Hərbi xidmətdə olarkən şəhərdə avtoşluq edən iş adamının oğlundan yeni xəbər – FOTO
Sentyabr 03
10:45
2022
Hərbi xidmətdə olduğu vaxt, xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu ilə bağlı istintaq tamamlanıb.
"Qafqazinfo” xəbər verir ki, Respublika Hərbi Prokurorluğunda aparılan istintaq materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Yaxın günlərdə hazırlıq iclasının keçirilməsi və işin baxışa verilməsi nəzərdə tutulub.
M.Əzizov Cinayət Məcəlləsinin 333.2-ci (hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi), 335.2-ci (hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma) və digər maddələri ilə mühakimə olunacaq.
Əziz Məlikovun atası Soltanpaşa Əzizov tanınmış iş adamıdır. O, Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə "TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.
Qeyd edək ki, Ə.Məlikov hadisədən sonra saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra o, həbsdən buraxılaraq komandanlığın müşahidəsi altına verilmişdi. Lakin həmin müddətdə qaçıb gizləndiyinə görə barəsində yenidən həbs qərarı verilmişdi.
Qlobal.az