SON XƏBƏR

Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər

Yanvar 23
16:52 2025
Azərbaycanda həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasının daşınması halları müəyyən edilir. 

"AzPolitika” xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilir.

Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Əsasnaməyə əlavə edilməsi təklif edilən maddəyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə daşıya bilərlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook