SON XƏBƏR

"Hərbçilərimiz KTMT xətti ilə Rusiyaya göndərilmir" - Qazaxıstan MN

İyun 07
12:51 2023
Qazaxıstan hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə Rusiyaya göndərilmir.

APA xəbər verir ki, bunu Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ölkə parlamentinin bu gün keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazir, qazax hərbçilərin Rusiyaya göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

"Müdafiə naziri kimi sizi əmin edirəm ki, Qazaxıstan Silahlı Qüvvələrinin hərbçiləri ölkəmizin ərazisindədir. Biz sülhməramlı missiyaları yalnız BMT vasitəsilə həyata keçiririk. KTMT ölkələrinin ərazisində heç bir missiya yerinə yetirmirik və hər hansı digər ölkəyə getmirik”, - Jaksılıkov vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook