"Hər zaman Can Azərbaycanın yanındayıq” - Türkiyənin hakim partiyası

Yanvar 27
11:59
2023
"Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayırıq”.
O, silahlı hücumda səfirliyin mühafizə xidmətinin rəisinin şəhid olmasına görə Azərbaycan xalqına başsağlığı verib: "Tək millər, iki dövlət prinsipi ilə hər zaman Can Azərbaycanın yanındayıq”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.