Həmyerlimizə aid olduğu iddia edilən videodakı cəsədlər Türkiyə vətəndaşlarına aiddir - FAKT
Mart 28
20:24
2021
İstanbulun Şişli rayonundakı hoteldə eyni otaqda qalan bir kişi və bir qadın olmaqla, iki nəfər ölü tapılıb
.
Bu barədə "Sabah” məlumat yayıb.
42 yaşlı Hiranur Korkmaz adlı qadınla 38 yaşlı Muhammet Osman Gürlek adlı kişinin cəsədlərinin aşkar olunduğu otaqda narkotik maddə də tapılıb.
Harbiye məhəlləsinin Cümhuriyyət küçəsində yerləşən hotelin əməkdaşlarının sözlərinə görə, otağın sakinləri ötən bazar ertəsi onu təhvil verməli idilər. Lakin sakinlərin bunu etmədiyini görən işçilər ehtiyat açarla qapını açıb içəri girərkən onların öldüyünü görüblər. Əməkdaşlar qadın cəsədinin yataqda, kişi cəsədinin isə hamam otağında olduğunu bildiriblər.
Cəsədlərdə hər hansı bir kəsici, deşici və ya güllə yaraları aşkar olunmayıb. Hazırda polis təhlükəsizlik kameralarının görüntülərini araşdırır.
Qlobal.az







