Həmyerlimiz Ebru Gündeş və Hadisə arasında qaldı - video
Noyabr 16
15:50
2015
"O səs Türkiyə"də daha bir azərbaycanlı iştirakçı səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, yarışmaya Bakıdan qatılan Mərdan Kazımov Sem Smitin repertuarından "La la la" mahnısını səsləndirib.
Həmyerlimizin ifasına Ebru Gündeş və Hadisə dönüb. Onlar Mərdanı komandalarına qatmaq üçün onu razı salmağa çalışıblar. İfaçı sonda E.Gündeşi seçib.
Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə E.Gündeş, Hadisə, Murad Boz, Gökhan-Hakan qardaşları oturur.



