SON XƏBƏR

Həmyerlimiz ABŞ-ın "qara siyahısı"na düşdü - Seymur Əliyev kimdir?

Dekabr 26
13:57 2025
ABŞ Daxili Təhlükəsizlik Departamenti ABŞ İmmiqrasiya və Gömrük Xidməti tərəfindən saxlanılan cinayətkar əcnəbilərin onlayn məlumat bazasını yeniləyib.

Agentlik həmin siyahıdakı şəxsləri "pislər arasında ən pisi" adlandırır. 2025-ci ilin yekunları ilə bağlı bu siyahıya Azərbaycan vətəndaşı da daxil edilib. Belə ki, 44 yaşlı Seymur Əliyev ABŞ-ın Knetukki ştatında saxlanılıb. Hazırda həbsdə olan həmyerlimiz hücum, polis təqibindən qaçma, sürücü vəsiqəsi olmadan maşın idarəetmə, sürət həddini aşma maddələri ilə ittiham olunur.

Qeyd edək ki, siyahıda 18 Rusiya, 27 Ukrayna, 22 Ermənistan və iki belaruslu daxil edilib. (Modern.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook