Həmas və İsrail arasında atəşkəs imzalandı - Detallar
Yanvar 16
05:23
2025
İsrailin il yarıma yaxındır ki, qətliamlarını davam etdirdiyi Qəzza zolağında atəşkəs əldə edilib. Həmas ilə İsrail arasında elan ediləcək atəşkəs razılaşmasının təfərrüatları da ortaya çıxıb. Layihəyə əsasən, atəşkəs və məhbus mübadiləsi sazişi hər biri 42 gün davam edəcək üç mərhələdən ibarət olacaq.
Qəzzada atəşkəsin yekun layihəsi razılıq əldə edildikdən sonra təsdiq olunmaq üçün İsrail təhlükəsizlik kabinetinə təqdim olunacaq. Müqavilə layihəsi İsrail təhlükəsizlik kabineti tərəfindən bəyənilərsə, İsrail Ədliyyə Nazirliyi etiraz imkanı vermək üçün sərbəst buraxılacaq fələstinli məhbusların adlarının siyahısını Ali Məhkəməyə təqdim edəcək. Fələstinli məhbusların adları ilə bağlı veriləcək qərardan sonra İsrail prezidenti İsaak Hersoq ömürlük həbs cəzasına məhkum edilmiş fələstinli məhbuslara amnistiya verəcək. Müqavilə bir neçə mərhələdən ibarət olacağı üçün açıqlanacaq ilk siyahıda müqavilə çərçivəsində azadlığa buraxılacaq bütün fələstinli məhbusların adları yer almayacaq.
Bu mərhələdə İsrail ordusu Qəzza zolağına daxil olduğu əksər ərazilərdən geri çəkiləcək. Layihəyə əsasən, ilk qrup israilli məhbus sazişin qüvvəyə minməsindən sonra yeddinci gündə azad ediləcək. Əsir düşən hər İsrail əsgərinə görə 50 fələstinli məhbus azad ediləcək. Onlardan 30-u ömürlük həbsə məhkum edilən əsir olacaq.
İsrailin hər yaşlı kişi və qadın vətəndaşı üçün 30 fələstinli məhbus azad ediləcək. Fələstinli məhbuslar qadınlar, uşaqlar və ya xəstə insanlar arasından seçilə bilər.
Təl-Əviv hökuməti ömürlük həbsə məhkum edilmiş fələstinli məhbusların azad edildikdən sonra işğal altındakı İordan çayının qərb sahilində qalmalarına qarşıdır. Əslində, 2011-ci ildə məhbus mübadiləsi zamanı azad edilən bəzi fələstinli məhbuslar Qəzza zolağına və ya xaricə göndərilib. Razılaşmanın ilk mərhələsində azad ediləcək fələstinli məhbuslar arasında 2011-ci ildə məhbus mübadiləsi razılaşması əsasında azad edilmiş və İsrail tərəfindən yenidən həbs edilmiş 47 nəfər var.
Razılaşmanın qüvvəyə minməsinin 16-cı günündə başlayacaq ikinci mərhələdə Qəzzada saxlanılan bütün israilli məhbusların azad edilməsi ilə bağlı hərtərəfli razılaşmaya dair danışıqlara başlanacaq. İkinci mərhələyə daxil olan razılaşmalar birinci mərhələnin 5-ci həftəsinə qədər müəyyənləşəcək. Müqavilənin üçüncü və son mərhələsi Qəzza zolağının yenidən qurulmasını əhatə edəcək.
Gözlənilən razılaşmanın qüvvəyə mindiyi ilk gündən humanitar yardımla yüklənmiş 600 yük maşını Qəzza zolağına buraxılacaq, onlardan 50-si yanacaqla yüklənəcək. Razılaşmaya əsasən, humanitar yardımla yüklənmiş 300 yük maşını Qəzza zolağının şimalına hər gün daxil olacaq. Qəzza zolağına humanitar yardım axını atəşkəs və əsir mübadiləsi sazişinin üç fazası boyunca davam edəcək. Bu müddət ərzində Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlar Qəzza zolağında fəaliyyətlərini davam etdirəcəklər.
Potensial razılaşmanın qüvvəyə mindiyi ilk gündən fələstinlilərin cənubdan şimaldakı evlərinə qayıtmasına icazə veriləcək. Həmçinin Qəzza zolağının bütün ərazilərində hərəkət azadlığı olacaq. Atəşkəs razılaşması qüvvəyə mindikdən sonra Qəzzada infrastrukturun yenidən qurulması, elektrik və su şəbəkələrinin qurulması işlərinə başlanılacaq. Bundan əlavə, İsrailin bombardmanları nəticəsində dağıdılan şəhərlərin dağıntılarının çıxarılması üçün lazım olan avadanlıqlar ölkəyə buraxılacaq. Evlərini itirmiş vətəndaşları yerləşdirmək üçün Qəzza zolağına ən azı 60 min müvəqqəti karvan buraxılacaq. HƏMAS və İsrail arasında Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşmasının təminatçısı ölkələr Qətər, Misir və ABŞ olacaq.
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail dövlət mediası saziş layihəsində mühüm maddələr barədə məlumat yayıb.
İsrail ordusunun Qəzza zolağında 466 gündür həyata keçirdiyi qətliamlar HƏMAS-ın və Fələstin xalqının iradəsini qıra bilmədi. Təl-Əviv nə qədər çalışsa da HƏMAS-ın əsir götürdüyü israillələri yerlərini müəyyənləşdirməyi və azad etməyi bacarmadı.
Odur ki, Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə Həmas ilə İsrail arasında elan ediləcək atəşkəs razılaşmasının detalları da maraqla gözlənilir.
HƏMAS və İsrail arasında potensial razılaşma hər biri 42 gün davam edən üç mərhələdən ibarət olacaq. İsrail isə ikinci mərhələ üçün danışıqlarda razılaşmanı iki mərhələyə endirmək istəyir.
Məhbus mübadiləsi sazişi layihəsinə əsasən, Qəzza zolağında saxlanılan 98 israilli məhbusun hamısı azad ediləcək. "Humanitar faza” olaraq da bilinən 42 günlük birinci mərhələdə qocalar, qadınlar, uşaqlar və yaralanan mülki şəxslər də daxil olmaqla 33 məhbus azad ediləcək. Razılaşmanın ikinci mərhələsində İsrail əsgərləri, üçüncü mərhələdə isə ölən məhbusların cənazələri təhvil veriləcək.
İsrailin hər yaşlı kişi və qadın vətəndaşı üçün 30 fələstinli məhbus azad ediləcək. Fələstinli məhbuslar qadınlar, uşaqlar və ya xəstə insanlar arasından seçilə bilər.
Təl-Əviv hökuməti ömürlük həbsə məhkum edilmiş fələstinli məhbusların azad edildikdən sonra işğal altındakı İordan çayının qərb sahilində qalmalarına qarşıdır. Əslində, 2011-ci ildə məhbus mübadiləsi zamanı azad edilən bəzi fələstinli məhbuslar Qəzza zolağına və ya xaricə göndərilib. Razılaşmanın ilk mərhələsində azad ediləcək fələstinli məhbuslar arasında 2011-ci ildə məhbus mübadiləsi razılaşması əsasında azad edilmiş və İsrail tərəfindən yenidən həbs edilmiş 47 nəfər var.
Layihəyə əsasən, azadlığa buraxılacaq fələstinli məhbuslar yenidən həbs edilməyəcək.
Qəzza zolağında atəşkəs razılaşmasının imzalandığı ilk gündən İsrail ordusu yaşayış məntəqələrindən geri çəkiləcək. İsrailin pilotsuz uçuş aparatlarının (PUA) uçuşları da gündəlik 10 saat, məhbus mübadiləsi günlərində isə İHA uçuşları 12 saat müddətinə dayandırılacaq. İsrail ordusunun Qəzza zolağından çıxarılması da Qəzzanın şimalı ilə cənubu arasındakı Netzarim dəhlizi və Qəzza ilə Misir arasındakı Filadelfi dəhlizi də daxil olmaqla mərhələli şəkildə baş tutacaq. Atəşkəs razılaşmasının ikinci mərhələsi İsrail ordusunun hücumlarını daimi olaraq dayandırmasını və Qəzzadan tamamilə geri çəkilməsini təmin edəcək. Daha sonra Qəzza zolağına açılan sərhəd qapıları sərnişin və ticarət keçidləri üçün açılacaq.