HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri seçildi
Avqust 07
03:30
2024
Fələstinin Qəzza zolağındakı HƏMAS hərəkatının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində şəhid edilib.
Bununla bağlı açıqlama hərəkatın teleqram kanalında dərc olunub.
"Hərəkatın siyasi bürosunun rəhbəri vəzifəsinə mərhum İsmayıl Haniyənin yerinə Yəhya Sinvar seçilib”, - sənəddə deyilir.