HƏMAS-ın hücumu nəticəsində xəsarət alan israillilərin sayı artıb
Oktyabr 09
09:09
2023
"The Times of Israel” qəzetinin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən dərc etdiyi məlumata görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi zamanı zərər çəkən İsrail sakinlərinin sayı 2 315 nəfərə çatıb.
Nəşr qeyd edir ki, zərərçəkənlərdən 23 nəfərin vəziyyəti ağır, 340 nəfərin vəziyyəti son dərəcə ağır, 449 nəfərin vəziyyəti isə orta ağırdır.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.