"Həkimlər başıma dolanırlar" - İlhamə Quliyeva
Noyabr 05
14:08
2015
"Yaxşı deyiləm. Səhhətimdə problemlərim var. Şəkərim 570-ə qalxıb, əsəblərim pozulub. Əsəblərimi bərpa edirlər, şəkərimi müalicə edirlər. Çox böyük stress keçirmişəm".
Axşam.az-ın məlumatına görə, bunu bir neçə gün öncə səhhəti pisləşərək xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti İlhamə Quliyevan anspress-ə açıqlamasında deyib. Xalq artisti həkimlərin onun başına fırlandığını, qayğısına yüksək səviyyədə qalındığını deyib:
"Baş həkim Leyla xanım sağolsun".
Sənətkar xəstəxanaya düşməsinə səbəb olan stressin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyətə düşməsinə səbəb bir zamanlar evində çalışan Mehriban Hüseynova olub. "Qulluqçum (Mehriban Hüseynova-red) başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub”.
Sənətkar səhhətində yaranan ciddi problemlərə görə həkimə müraciət edəcəyini bir neçə gün öncə açıqlamışdı. İ.Quliyeva dizinə qədər çiban yaraları çıxdığını demişdi:
"Görünür, bir vaxtlar mənim köməkçimin mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Probelemlər indi üzə çıxmağa başlayıb".
Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olub. Bu əməliyyatdan sonra damarlarımda problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanamalı olub. İfaçı köməkçisi Mehriban Hüseynovanı dələduzluqda da ittiham etmişdi:
"O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır”.
Müğənni bununla bağlı əlində dəlil və sübutların, videogörüntülərin, səs yazılarının olduğunu deyərək, hətta köməkçisi ilə bağlı bir görüntünü mətbuata təqdim də etmişdi. Bir neçə gün sonra isə Mehriban Hüseynova Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.



