"Həftə sonu Britaniyada Ukrayna ilə bağlı sammit keçiriləcək" - Starmer

Fevral 26
05:24
2025
Böyük Britaniyanın Baş naziri Keir Starmer həftə sonu Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün Avropa liderlərinin görüşəcəyini təsdiqləyib.
"Mövcud vəziyyət fonunda müttəfiqlərimizlə necə hərəkət edəcəyimizə dair müzakirələrimizin davamı üçün həftə sonu bir sıra ölkə rəhbərləri ilə görüşəcəyəm", - Starmer bildirib.