SON XƏBƏR

“Heç kim cəzadan qaça bilməyəcək” – Kobaxidze prezidenti və müxalifəti hədələdi

Dekabr 03
16:27 2024
Gürcüstanda hökumətə qarşı etirazlar şiddətləndikcə, hakimiyyətin müxalif siyasi qüvvələrə təhdid və hədə-qorxuları da çoxalır.

"AzPolitika” xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Gürcüstan parlamentinin binası qarşısında baş verən etiraz aksiyalarının təşkilatçılarının cəzalandırılacağını vəd edib: "Aksiya təşkilatçıları olan siyasətçilər, o cümlədən QHT-lər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər”.

Kobaxidze qeyd edib ki, müxalifət partiyalarının liderləri öz kabinetlərindədir və etiraz aksiyalarında iştirak etmirlər, lakin bu, heç nə demək deyil. Yəni, onları məsuliyyətdən azad etmir.

O, əlavə edib ki, aksiyaların arxasında müxalifət və QHT nümayəndələri dayanır: "Heç kim məsuliyyətdən qaça bilməyəcək, aksiyalar zamanı kabinetlərində gizlənən o müxalifət siyasətçiləri, varlı QHT rəhbərləri qaça bilməyəcək. Onlar etdiklərinə görə qanundan gizlənə bilməyəcəklər. Müxalifət liderləri, bəzi jurnalistlər və Salome Zurabişvili birbaşa bu kampaniyaya cəlb edilib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook