SON XƏBƏR

“Heç bir halda nüvə müharibəsi olmamalıdır” - Çin Putinə cavab verdi

Mart 27
15:42 2023
Vladimir Putinin Belarusa taktiki nüvə silahı yerləşdirmək barədə qərarına beynəlxalq səviyyədə etirazlar durmadan artır. 

"AzPolitika.info” xəbər verir ki, ABŞ və Avropa ölkələrindən sonra Çin də Putinin növbəti avantürist qərarına reaksiya verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin "diqqəti problemlərin diplomatik yolla həllinə yönəltməyə” çağırıb və nüvə müharibəsinin qətiyyən yolverilməz olduğunu qeyd edib: "Heç bir halda nüvə müharibəsi baş verməli deyil”.

Çin rəsmisi hələ ötən il yanvarın 5-də nüvə dövlətlərinin qəbul etdiyi bəyanatı xatırladaraq, bütün nüvə ölkələrini məsuliyyətli olmağa çağırıb. Bir daha xatırladıb ki, "nüvə müharibəsində qalib gəlmək mümkün deyil”.

Qeyd edək ki, Çin sədri Si Cinpinin martın 20-də baş tutan Moskva səfərində əldə edilən razılaşmalardan biri də nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı idi. Ancaq səfərdən bir həftə keçməmiş Putin nüvə təhdidlərini daha da artırmağa başlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook