Həbsdə olan redaktorun ailəsi onun əsassız təqib edildiyini bildirir
May 15
13:35
2023
"Demokratik.az” saytının redaktoru Osman Nərimanoğlunun (Rzayev) işi üzrə məhkəmə istintaqı əsassız olaraq yubadılır”, – onun xanımı Arzu Rzayeva Turan-a bildirib.
2022-ci il iyulun 5-də Osman Nərimanoğlu Goranboy və Göygöl rayonları Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən pul tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra bildirib ki, ittihamlar yalandır, korrupsiya ilə əlaqədar barəsində materiallar dərc etdiyi məmurlar ona böhtan atıblar.
Məhkəmə istintaqı fevralın əvvəlindən gedir və əsassız olaraq gecikdirilir, Arzu Rzayeva hesab edir.
Onun sözlərinə görə, həyat yoldaşına qarşı səhih dəlillər yoxdur və o, şahidlərin yalan ifadələrinə əsasən mühakimə olunur.
"Mayın 11-də məhkəmə iclası növbəti dəfə təxirə salındı və Osman prosesi uzatdığına görə dövlət ittihamçısına və məhkəməyə etiraz etdi. Bundan sonra polislər onun əllərini qandallayıb salondan çıxardılar. Mayın 13-də bizə bildirdilər ki, Osman istintaq təcridxanasının sanitariya hissəsinə köçürülüb, nə baş verdiyini bilmirik və onun səhhətinə görə narahatıq”, – Arzu Rzayeva deyib.