SON XƏBƏR

"Həbs olunan icra başçısı YAP-dan xaric ediləcək" - Millət Vəkili

May 07
17:18 2020
"İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəmə məsuliyyətindən sonra nizamnaməyə uyğun olaraq Yeni Azərbaycayn Partiyası sıralarından xaric ediləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, belə insanların adı YAP-ın siyahısında ola bilməz:

"Belə insanlarla bizim yolumuz bir ola bilməz. Videogörüntünü izlədim. Açığını deyim ki, orada baş verənlər mənə bir vətəndaş olaraq pis təsir bağışladı. Dövlət başçısı etimad göstərib, böyük bir bölgənin problemlərinin həllini ona etibar edir. İnsanların yaxşı yaşaması üçün addımlar atılmasını onun qarşısında bir vəzifə olaraq qoyur. Amma bunun əvəzində onlar öz var-dövlətini çoxaltmaqla məşğuldurlar. Biabırçılıqdır. İcra başçısının evindən, kabinetindən milyonlarla pul çıxır. İnsanların bizneslə, kənd təsərrüfatı ilə məşğul olması üçün müraciətlərinin əvəzində onlardan böyük məbləğdə pul tələb edilir. Bu ürək ağrıdan səhnələrdir”.

Aydın Mirzəzadə onu da qeyd edib ki, icra başçılarının fəaliyyətinə nəzarət gücləndirilməlidir: 

"Elə bir sistem qurmaq lazımdır ki, onlar bunu edə bilməsin. Yaxud da ilk günlərdə onların cinayətkar fəaliyyətinin qarşısını almaq mümkün olsun"


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook