SON XƏBƏR

Havvaxanım Rüstəmovanın həbs olunması xəbəri təsdiqləndi (RƏSMİ)

İyul 03
14:39 2024
Baş Prokurorlu "Moon Kids" uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın həbs olunması barədə xəbəri təsdiq edib.

Bu barədə Qaynarinfo-ya qurumun Mətbuat xidməti məlumat verib.

Qeyd olunub ki, "Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızının saxlanılması barədə ilk xəbəri ötən gün Qaynarinfo yayıb. 

Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunur.  Artıq xanım direktorun rəhbəri olduğu "Moon Kids" Uşaq Bağçası da fəaliyyətini dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdə hesabları silinib. 

Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook