Hava hücumundan müdafiə sistemləri Xankəndidən Zəngəzura köçürülür
Fevral 03
11:28
2021
Ermənistan Azərbaycan ərazilərindən çəkilməyə davam edir.
Qaynarinfo Ermənistan KİV-inə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemlərinin Xankəndidən çıxarıldığı bildirilir.
Əsasən, "9K33 Osa”, "9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və "9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə aparılır. Hərbi kolonu Rusiya sülhməramlıları müşaiyət edir.



