Hansı jurnalistlərə yeni mənzillər veriləcək? - Əflatun Amaşovdan müsahibə
Dekabr 08
20:47
2016
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov publika.az-a müsahibə verib
Qlobal.Az həmin müsahibəni təqdim edir:
- Jurnalistlər üçün nəzərdə tutulan binada mənzillərin verilməsi işlərinə nə zaman başlanılacaq?
- Hazırda binada tamamlanma işləri gedir. Bu işlərin nə zaman bitəcəyi hələlik məlum deyil. Yəqin ki, işlər bitdikdən sonra evlər sahiblərinə təqdim olunacaq.
- Belə söhbətlər gəzir ki, artıq evlər paylanılıb və mənzil sahiblərinin adları indidən Mətbuat Şurasına bəllidir. Bu cür söhbətlər nə qədər reallığa söykənir?
- Bəziləri elə düşünür ki, artıq siyahı mövcuddur və kimlərəsə siyahı təmənnalı verilə bilər və sairə. Bu cür fikirlər əsla doğru deyil. Ümumiyyətlə, yeni mənzillərin verilməsi ilə bağlı meyarlar hələ ki, müəyyən deyil. Ötən dəfə bu məlum idi. Biz müəyyən şərtlər irəli sürmüşdük ki, ev alan jurnalistlər nə qədər iş təcrübəsinə malik olmalıdır, son çalışdığı redaksiyada nə qədər işləməlidir, hazırda harda işləməsi, müəyyən əmlaka malik olub-olmaması ilə bağlı müvafiq sənədlər tələb olunurdu. Bu dəfə də həmin meyarlar qala bilər. Ancaq hələlik bunu müzakirə etməmişik. Həmin şərtlər və meyarlar evlər hazır olduqdan sonra, evlərin verilməsi prosesinə start verilən zaman müəyyən ediləcək və açıqlanacaq. Yəqin ki, evlər paylanan zaman jurnalistikaya fayda vermə əmsalı, jurnalist xidmətləri əsas götürüləcək. Eyni zamanda, düşünürəm ki, jurnalistika sahəsində kifayət qədər fəaliyyət göstərmiş, uzun müddət çalışmış və indi heç bir redaksiyada işləməyən yaşlı insanlar da nəzərə alınacaq. Ancaq ötən dəfə olduğu kimi, bu dəfə də jurnalistikada çalışan və bu sahəyə böyük töhfələr verən insanlara ev verilməsi əsas götürüləcək.
- Bəs jurnalistikada olan yaşlı insanlara evlərin neçə faizi verilə bilər?
- Yəqin ki, az qismi də olsa, həmin insanlara veriləcək. Keçən dəfəki kimi belə bir şey nəzərdə tutulub.
- Redaksiyalarda çalışan texniki işçilərə də ev verilməsi gözlənilirmi?
- Doğrusu, bu barədə müzakirələr aparmamışıq.
- Dediniz ki, meyarlar hələ məlum deyil. Bu dəfə evlər verilərkən, meyarlara yeni şərtlər əlavə edilcəkmi?
- Hələlik bunu da müzakirə etməmişik. Ancaq üstünlük jurnalistika sahəsində daha çox fəaliyyət göstərən və fayda verən insanlara veriləcək.
- Xaricdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları ilə effektli mübarizə aparan redaksiyalar, jurnalistlər var. Evlərin verilməsi məsələsində bütün bu amillər nə qədər nəzərə alınacaq?
- Bilirsiz ki, dünya maraqlarla idarə olunur. Çox təəssüf ki, Qərbin bu sahədə ideoloqları əsasən peşəkarlığa əhəmiyyət verən adam kimi görünməyə çalışırlar. Təbii ki, insan, jurnalist doğru, dürüst, obyektiv olmalıdır. Amma nəzərə almaq lazımdır ki, bu gün dünyanı idarə edən maraqlar da var. İndi Avropa və Amerikada elə bir KİV adı çəkə bilməzsiniz ki, həmin media orqanı nə qədər peşəkar olursa olsun, öz mənsub olduğu dövlətin, dairələrin maraqlarını qorumasın. Bu maraqlar ayrı-ayrı yerlərdə müxtəlif adlarla təqdim oluna bilər. Azərbaycanda da bu maraq vətənpərvərlik adlanır. Biz ilk növbədə Azərbaycan vətəndaşıyıq. Əlbəttə ki, ölkə daxilində baş verən hadisələr hərtərəfli müzakirə olunmalı, mənfi və müsbət cəhətləri deyilməlidir. Cənab Prezident İlham Əliyev də mətbuatımızın 140 illik yubileyi ilə əlaqədar Mətbuat Şurası İdarə Heyəti üzvləri ilə görüşən zaman bildirib ki, bir sıra hadisələrlə mətbuat vasitəsilə tanış olur. Bir neçə il öncə Azərbaycanda keçirilən "Eurovision” mahnı müsabiqəsi və "Bakı 2015” ilk Avropa Oyunları zamanı açıq gördük ki, ölkəmizi sevməyən qüvvələr həmin məqamlarda bu beynəlxalq tədbirlərdən sui-istifadə edərək, Azərbaycan dövləti haqqında mənfi imic yaratmağa səy göstərirlər. Belə bir məqamda Azərbaycan mediası öz vətənpərvərlik mövqeyini göstərərək, həmin qarayaxma kampaniyalarına daha çevik cavab verdilər. Bununla da Azərbaycan mediası baş verən hadisələrə daha obyektiv münasibət göstərərək, onun dünyaya düzgün çatdırılmasında mühüm rol oynayıb. Ancaq burada söhbət ondan getmir ki, kimsə baş verən hər hansı neqativ hadisəni işıqlandırmamaldır. Bu, vətənpərvərlik deyil. Jurnalist baş verən hadisələri olduğu kimi göstərməlidir. Sadəcə olaraq, hər bir jurnalistin daxilində vətənpərvərlik hissələri də olmalıdır. Jurnalist baş verən hadisələri dünya ictimaiyyətinə Azərbaycanın milli maraqları müstəvisində çatdırmalıdır. Söhbət də yalnız bunlardan gedə bilər. Bu baxımdan da həmin jurnalistlər nəzərə alınmalıdır.
- Son günlər Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycan ərazisində "reket” jurnalist fəaliyyəti ilə məşğul olan şəbəkə üzvlərini zərərsizləşdirib. Bunların arasında "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev də var.

- Sözün düzü, bu hadisələrlə bağlı Mətbuat Şurasında kifayət qədər məlumat yoxdur. Bütün bu məsələlər ciddi araşdırılmalıdır və günahkarlar cəzalandırılmalıdır. Yəni, günahkarlar cəzasız qalmalı deyil. Çox təəssüf ki, Azərbaycan mətbuatında bir qrup media mənsubu var ki, onlar hadisələrə özlərinin şəxsi müstəvisində baxmağa üstünlük verirlər. Ayrı-ayrı şəxslərlə bağlı müəyyən xəbərlər əldə edirlər. Onlar həmin xəbərləri ya özləri, ya da müvafiq qurumların yardımı ilə öyrənə bilirlər. Daha sonra isə həmin xəbərləri öz maraqlarına uyğun olaraq, çalışdıqları media qurumu vasitəsilə ictimaiyyətə çatdırırlar. Əslində onların bu cür fəaliyyəti nə cəmiyyəti məlumatlandırmaq, nə də baş verən hadisələrlə bağlı müvafiq qurumlara məlumat vermək məqsədi güdür. Onların əsl məqsədi ayrı-ayrı insanları qorxutmaq və şantaj etməkdir. Bu cür proses əksər ölkələrdə var. Ancaq həcmi və sayı bizdə daha çoxdur. Azərbaycan Mətbuat Şurası yaranandan bəri bununla mübarizə aparır. Əvvəllər "reket” fəaliyyət daha çox qəzetlərdə olurdu. İndi isə bu cür fəaliyyət internet mediasına transfer olunub. Bu gün Azərbaycanda ele saytlar var ki, onlar yalnız insanları şantajla, hədə-qorxu yolu ilə nələrisə əldə etmək məqsədi güdür. Hətta, bu cür hallar o dərəcəyə çatıb ki, bəzi məmurlar şantajdan qorxaraq, bu "reket” fəaliyyətlə məşğul olan şəxslərə rüşvət də verirlər. Eyni zamanda, çox təəssüf ki, bəzi məmurlar da öz rəqiblərini vurmaq üçün "reket” qəzet və saytlara rəhbərlik edən adamlarla əməkdaşlıq edirlər. Bununla bağlı Azərbaycan Mətbuat Şurasının "qara siyahısı” mövcuddur. Hazırda bu siyahıda 70-dən çox Kütləvi İnformasiya Vasitəsinin adı var. Onların bəziləri hələ də fəaliyyət göstərir. Bəziləri isə ya fəaliyyətlərini dondurub, ya da başqa adlarla çalışırlar. Bu cür hallar mövcuddur və məsələ müvafiq qurumlara da məlumdur. Medianı təmizləmək və cəmiyyətdə rolunu artırmaq üçün mübarizəni davam etdirmək lazımdır.
Qlobal.Az