SON XƏBƏR

"Hamının evi ola bilməz, bu qədər mənzil yoxdur" - Ekspert

Aprel 01
16:14 2024
"Hamının evi ola bilməz. Çünki bu qədər ev yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasınmda iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov bildirib ki, bu gün kimin pulu çoxdursa, onun da mənzillərinin sayı çoxdur:

"Kimin pulu azdırsa, mənzil sahibi olmaq şansı da azdır. Banklar əhalini evlə təmin edən qurum deyil. İmkanı yaxşı olan insanların ev almasını tezləşdirən qurumdur. Bank deyir ki, sən özünə ev al, mən də faizdən qazanım. Bank faizi az edə bilməz. Banklarda əmanət faizi 10-12-dirsə, kredit faizinin az olması mümkün deyil".

Ekspert hesab edir ki, hər vətəndaş bankdan kredit götürə bilmir:

"Hətta bank insanlara desə ki, gəlin sizə faizsiz kredit verim, gedin özünüzə mənzil alın, onu da götürə bilməzlər. Çünki onu da qaytara   bilməyəcəklər. Aylıq gəlirləri o qədər azdır ki, tələb olunan pulu yığa bilmirlər. Aldığı pul ancaq ailənin təlabatını ödəyir". 

Əkrəm Həsənov Bakıda illərdir evsiz yaşayan insanların evlə təmin olunmasının mümkünsüz olduğunu vurğulayb:

"Hamının evi ola bilməz. Çünki bu qədər ev yoxdur. İnsanların da sayı artır. Əgər insanların sayı azalsa, bu ola bilər. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, çoxunun evi olması ehtimalı daha da azdır". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook